aslan baner
welcome banner

Aslan Casino Qeydiyyat və Giriş

Klubumuzun bir parçası olmaq və bütün xidmətlərimzdən yararlana bilmək üçünsiz ilk öncə Aslan Casino qeydiyyat prosesini tamamlamalısınız. Qeydiyyatdan sonra sizi inanılmaz bir bonus təklifi gözləyir: ilk 10 depozitiniz üçün 1111% bonus + 1450 FS. Bonuslardan zövq almaq və minlərlə oyunu real pulla və ya demo rejimdə sınamaq üçün indi Aslan Casino girişi edin!

Aslan Casino-da Necə Qeydiyyatdan Keçmək Olar: Addım-Addım Bələdçi

Aslan Casino qeydiyyat prosesi asandır və çox vaxt tələb etmir. Oyunçular sadəcə bir sıra zəruri məlumatları təqdim etməklə, dərhal oynamağa başlaya bilərlər. Yeni bir hesab yaratmaq üçün izləməli olduğunu proses belədir:

  1. Rəsmi sayta daxil olun: Hər hansı bir cihazdan Aslan Casino girişi edin və daha sonra ana səhifədə “Qeydiyyat” butonunun üzərinə klikləyin.
  2. Qeydiyyat üsulunu seçin: Aslan kazinoda istifadəçilər “E-poçt” və ya “Telefon” üsullarından istifadə edərək hesabdan keçə bilərlər. Hansı üsula üstünlük verirsinizsə, onu seçin.
  3. Qeydiyyat formunu doldurun: Növbəti addımda seçilən üsula əsasən e-poçt ünvanınızı və ya telefon nömrənizi daxil edin. Yeni hesabınız üçün sağlam bir parol qoyun.
  4. Promo kodunu daxil edin: Aslan Casino-dan özəl bir promo kodunuz varsa, bonusu aktivləşdirmək üçün qeydiyyat zamanı onu müəyyən edilmiş qutuya daxil edin.
  5. Hesabınızı yaradın: Nəhayət, “Mən qaydalar və şərtlərlə razıyam” xanasının işarələndiyinə əmin olun və aşağıda görəcəyiniz “Qeydiyyat” düyməsini klikləməklə, hesabınızı yaradın.

Aslan Casino-da qeydiyyatdan keçmək bu qədər rahat və sürətlidir. Onu da nəzərinizə çatdıraq ki, qeydiyyat formunun altında görəcəyiniz müxtəlif e-mail və sosal şəbəkə profiləriniz üzərindən də kazinoda yeni hesab yarada bilərsiniz.

Aslan Casino Hesabına Sahib Olmağın Üstünlükləri

Kazinomuzda hesab sahibi olmaqla, siz platformamızdakı 3200-dən çox oyunu real pulla sınamaq imkanı əldə edirsiniz. Özü də cəmi 2 AZN-dən başlayan depozit limitləri ilə. Ancaq Aslan-da hesab sahibi olmağın üstünlükləri, əlbəttə ki, bunlarla bitmir. Qeydiyyatdan keçdikdən sonra siz platformamızda aşağıdakı kimi daha bir çox avantajdan yararlana bilərsiniz:

Fərdiləşdirilmiş Təcrübə: Kazinomuzda hesaba sahib olan oyunçuları sevimli oyunları yadda saxlamaq, özəl promosyon təklifləri, xüsusi oyun tövsiyələri kimi fərdiləşdirilmiş özəlliklər gözləyir.

Xoş Gəldin Bonusu: Aslan Casino girişi edən yeni istifadəçilər 10-cu depozitlərinə qədər ümumilikdə 1111% bonus və 1450 pulsuz fırlatma qazanmaq fürsətinə sahibdirlər.

Loyallıq Proqramı: Üzv olaraq siz avtomatik şəkildə Aslan Casino klubunun Loyallıq proqramının bir parçasına çevriləcəksiniz. Loyallıq proqramında irəlilədikcə depozitsiz bonuslar və artırılmış keşbeklər kimi müxtəlif mükafatlardan yararlanmaq şansı əldə edirsiniz.

Turnirlərdə İştirak: Qeydiyyatdan keçmiş oyunçular xüsusi turnirlərdə və lotereyalarda iştirak edə biləcəklər ki, bu da sizə böyük hədiyyələr qazanmaq şansı verəcək.

Sürətli Çıxarış: Biz müxtəlif ödəniş üsulları ilə pul çıxarışlarınızı maksimum sürətli şəkildə (cəmi bir neçə saatdan 5 iş gününə qədər) həyata keçirməyi təmin edirik.

24/7 Dəstək: Sizdən cəmi bir klik qədər uzağıq. Aslan Casino-da nə zamansa çətinliklə üzləşərsəniz, “Kömək edin” butonuna basmaqla, 24/7 dəstək xidmətimiz ilə əlaqə yarada biləcəksiniz.

Ən əsası isə Aslan Casino sizə heç nədən narahat olmadan, tam təhlükəsiz bir platformada könül rahatlığı ilə oynamaq imkanı verir. Sizin təhlükəsizliyiniz və rahatlığınız bizim üçün əsas öncəlikdir!

Aslan Casino Şəxsi Hesabınıza Necə Daxil Olmaq olar

Əgər siz sosial e-mail, yaxud soiaı şəbəkə profiliniz ilə qeydiyyatdan keçmisinizsə, hesabınıza eyni üsuldan istifadə edərək, asanlıqla giriş edə bilərsiniz. Digər üsullarla qeydiyyatdan keçdiyiniz təqdirdə isə aşağıdakı addımları izləməyiniz lazımdır:

  1. Telefonda və ya kompüterdə sevimli brauzerinizi açın və Aslan Casino girişi edin.
  2. Yuxarı sağ küncdə yerləşən “Daxil ol” düyməsini klikləyin.
  3. Qeydiyyatdan keçərkən istifadə olunan e-poçt/telefon nömrəsini və parolunuzu müvafiq xanalara daxil edin.
  4. Daxil olmaq düyməsinə basın və anındaca hesabınıza giriş edin.

Hesabınıza daha sürətli giriş etmək üçün Aslan kazino saytını brauzerinizin əlfəcinlərinə əlavə etməyinizi tövsiyə edirik. Bunun üçün brauzer ekranının yuxarı sağ küncündəki 3 paralel nöqtəyə, ardınca isə ulduz işarəsinə toxunmağınız kifayətdir.

Parolu Necə Bərpa Etmək Olar

Əgər Aslan Casino girişi parolunuzu unutmusunuzsa, narahat olmağınıza lüzum yoxdur. Çünki parolun bərpası sadə prosesdir. Sadəcə aşağıdakı addımları izləyin:

  1. Giriş səhifəsini aşağısında kiçik şriftlərlə yazılmış “Şifrəni unutmusunuz?” düyməsini basın.
  2. Hesabınızla əlaqələndirilmiş e-poçt ünvanını və ya mobil telefon nömrənizi daxil edin və “Şifrəni bərpa et” düyməsini basın.
  3. Daha sonra bizdən parolu sıfırlama linki olan bir e-poçt və ya bir SMS kodu alacaqsınız. Bu təlimatı izləyərək, özünüzə yeni parol təyin edin.

Profil təhlükəsizliyi üçün güclü bir parol təyin etməyi unutmayın. Şifrənizi dəyişdikdən sonra ondan həmişəki kimi hesabınıza daxil ola bilərsiniz.

Aslan kazinoda Qaydaları və Məhdudiyyətlər

Bütün qanuni onlayn kazinolar kimi, Aslan Casino da öz platformasının təhlükəsizliyi üçün müəyyən qayda və məhdudiyyətlər tətbiq edir. Aşağıdakı bəsit qaydalara riayət etməklə,hər kəs üçün güvənli bir onlayn oyun platforması inşa etmək missiyamızda bizə yardım etmiş olacaqsınız:

  • Aslan Casino Məsuliyyətli Oyun operatorudur və yalnız yaşı 18-dən yuxarı olan şəxslərin onlayn kazino oyunlarına qatılmasına icazə verir.
  • Əgər oyunçunun şəxsiyyəti və ya təqdim edilən məlumatların düzgünlüyünə şübhə yaranarsa, şəxsiyyəti təsdiq edən sənədləri və digər zəruri məlumatları tələb etmək hüququnu özümüzdə saxlayırıq.
  • Bir şəxs yalnız bir oyun hesabına sahib ola bilər. Dublikat qeydiyyat faktı təsdiq edildikdə, administrasiya belə hesablardan edilən bütün mərcləri etibarsız saymaq və həmin hesabı bloklamaq səlahiyyətinə sahibdir.
  • Aşağıdakı halların hər hansı birinin baş verməsi halında, istifadəçinin hesabı bloklana bilər:
    • Qeydiyyat prosesi və təsdiqləmə zamanı yanlış məlumatların təqdim edilməsi;
    • Müştərinin 18 yaşından kiçik olduğu aşkar edilərsə və ya başqa birinin adından istifadə edərək hesab açıldığı müəyyən edilərsə;
    • İstifadəçinin bir neçə hesaba sahib olması faktı aşkarlanarsa;
    • Fırıldaqçılıq, çirkli pulların yuyulması və digər qeyr-qanunu fəaliyyətlərlə əlaqəli şübhələr yarandıqda;
    • Kazinonun digər xidmət şərtlərini pozan fəaliyyətlər aşkara çıxarıldıqda.
  • Doxsan gün müddətində istifadəsiz qalan hesablar qeyri-aktiv hesablar sayılacaq və yenidən aktivləşdirilənə qədər həmin istifadəçilərdən müəyyən məbləğdə komissiya tutula bilər.

Əgər hansısa səbəbdən hesabınızı bağlamaq və birdəfəlik çıxış etmək istəyirsinizsə, support@aslan-casino.com ünvanına e-poçt ünvanlamağınız lazımdır. Dəstək komandası sizə hesabın bağlanması ilə əlavə prosedurla bağlı təlimatlarla təmin edəcək.

Müştərini Tanı Siyasəti

Aslan kazino KYC siyasətini tətbiq edir və buna görə də istifadəçilərdən şəxsi hesablarını təsdiqlətməyi tələb edir. Təsdiqləmə prosesinin özü qeydiyyat prosesi qədər sadə və sürətlidir. Bunun üçün aşağıdakı proseduru yerinə gətirməlisiniz:

  • Aslan Casino girişi edin və “Şəxsi kabinet” bölməsinə keçin.
  • Ad, e-poçt, nömrə kimi tələb olunan məlumatları tam şəkildə doldurun.
  • E-poçtunuza göndərilən təsdiqləmə linkinə klikləyin.
  • Telefon nömrənizə göndərilən kodu daxil edin və nəhayət, “Təsdiq et” düyməsini basın.

Daha böyük məbləğlərdə vəsait çıxarışı etdikdə maliyyə şöbəsi sizdən əlavə olaraq aşağıdakı sənədləri tələb edə bilər:

  • Pasportun əsas səhifənin şəkli;
  • Əməliyyatlar üçün istifadə olunan kartların şəkilləri;
  • Doğrulama üçün zəruri olan digər məlumatlar.

Hesabın təsdiqlənməsi prosesi komandamız tərəfindən operativ şəkildə icra edilir. Vaxt itkisinə məruz qalmamaq və prosesi sürətləndirmək üçün yalnız doğru məlumatları təqdim etdiyinizdən, habelə göndərilən bütün şəkillərinin aydın və oxunaqlı olduğundan əmin olmağınızı tövsiyə edirik.