Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

Əsas

Maqsud İbrahimbəyov

MAQSUD İBRAHİMBƏYOV

Xalq yazıçısı, 1935 - ci il may ayının 11- də Bakıda anadan olmuşdur. Atası - Məmməd İbrahim İbrahimbəyov (1898 - 1973), anası - Fatma Ələkbər qızı Məşədibəyova (1915 - 1977). Arvadı - Anna Yuryevna İbrahimbəyova 1947 - ci ildə anadan olmuşdur. Oğlu - Murad Maksud oğlu İbrahimbəyov (1965) kinorejissordur.

M. İbrahimbəyovun ögey qardaşı və bacısı: Rüstəm İbrahimbəyov (1939) və Sevda İbrahimbəyova (1942 - 1957).

Təhsili:

Maksud İbrahimbəyov Bakıda Azərbaycan Dövlət Politex¬niki institutunun inşaat fakultəsini (1955 - 1960), Moskva¬da Ali ssenari kurslarını (1962 - 1964) və Ali rejissor kurslarını (1971 - 1973) bitirmişdir....>>>

Əksinqilabı Etüd

Bizdə fəaliyyət qabiliyyətli müxalifət yoxdur. Ancaq çox istərdik ki, Azərbaycanda ağıllı, konstruktiv müxalifət mövcud olsun, onun da başında duranlar qaranlıq keçmişi olmayan abırlı, maraqlı adamlar olsunlar. İqtidar nümayəndələri ilə dolğun siyasi dialoq aparmağa qadir olan erudisiyalı liderlər olsunlar. Elə adamlar ki, onlar təkcə öz karyerası və şəxsi mənafeləri üçün deyil, dövlət problemləri üçün də can yandırsınlar. Bu, ölkə üçün çox faydalı olardı, çünki düzgün qərar çox vaxt adətən ağıllı, məzmunlu polemika nəticəsində yaranır. Bəlkə belələri var? Bəlkə müxalifət cərgəsindəki bəzi kol-koslar ictimaiyyətdən Çörçill, yaxud de Qoll kimi gələcək liderləri, ya da bədəbəddə lap Çe Gevaranı və Suxe Batoru gizlədir? Xeyr, gizlətmir. Əsas kolların arxasında heç kəs yoxdur, elə ehtiyat kolların da arxası boşdur....>>>

Yalan ayaq tutar, amma yeriməz

Bunlar ona görə təəccüblü görünürdü ki, Jivkovanın davranış tərzi, hadisələrə təzə mövqedən yanaşması, öz mühakimələrində sağlam düşüncəyə əsaslanması ATƏT nümayəndələrinin Bakıya əvvəlki səfərlərində gördüklərimiz və eşitdiklərimizlə kəskin təzad təşkil edirdi. Vaxt ötdükcə, bakılıların şüurunda ATƏT-in buraya göndərdiyi insanların orta bir obrazı - ömrünün çiçəklənmə dövrünü yaşayan, guya “Versace” firmasında buraxılmış, əslində isə harada istehsal edilməsi məlum olmayan pirat qalstuku taxmış, siqaret çəkməyən, daxilən antiislamist və antisemit olduğunu gizlətməyə çalışan, lakin bu cəhətləri aşkar hiss edilən, yalançı liberal-demokrat leksikasından sui-istifadə edən cazibəli gey obrazı yaranmışdır....>>>

Baltimor skunsu

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİN DEPUTATI
ABŞ-ın LUİZİANA ŞTATININ FƏXRİ SENATORU

I hissə

Amerikanın Baltimor şəhərində yaşayan bakılı dostlarım bu yaxınlarda mənə zəng vurub xəbər verdilər ki, Baltimor qəzetlərindən birində Ramis Yunusov imzalı birisinin Azərbaycan haqqında məqaləsi dərc olunub: "Azərbaycansayağı leninizm"....>>>

Qurd-Quş bizi qorxutmur

Bir neçə il bundan əvvəl planetin bütün televiziya kanalları Ermənistan parlamentində bir qrup yaraqlının törətdiyi terror aktını göstərdi.
Şübhəsiz, bu, dünya təcrübəsində görünməmiş terror aktı idi.Bir neçə silahlı adam mühafizə olunan parlament binasına soxularaq ümumi iclasın onlarca iştirakçısının gözü qarşısında parlamentin rəhbərlərini avtomat silahla güllələdi....>>>

Hakimiyyət güclü olmalıdır

Kollektiv rəhbərlik kommersiya demokratiyasının əbədi dəyərlərindən, hər cür söz azadlığından və ailəvi homoseksualizmin bəxtiyarlığından bəhs edən usandırıcı kupletləri yeknəsək bir tərzdə oxuya-oxuya böhranı gözdən qaçırtmışlar. Nəticədə, Avrokolxoz simasını dəyişib, əllərində boş qazanlar apara-apara dünyanın seçmə dillərində iflasa uğramış siyasi rəhbərlərinin ünvanına küçə söyüşü yağdıran tətilçilər və işsizlərlə polisin döyüş meydanına çevrilmişdir....>>>