Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

"Ülyahəzrətin Rols-Roysu" – Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının premyerası

31 iyun 2009, 17:08

 

2009-cu il may ayının 30-u və 31-də – son istirahət günlərində Səməd Vurğun adına Rus Dram Teatrı Xalq yazıçısı Maksud İbrahimbəyovun maraqlı adı olan “Ülyahəzrətin Rols-Roysu” pyesi əsasında hazırladığı yeni tamaşanın premyerasını tamaşaçıların mühakiməsinə vermişdir.

İctimai-siyasi mövzuda yazılmış bu qeyri-adi dramatik əsəri səhnə ustaları Azərbaycanın xalq artisti, rejissor Aleksandr Şarovskinin çox maraqlı səhnə yozumunda tamaşaçılara göstərmişlər. Tamaşaçı zalı həmin günlər ağzına qədər dolu olmuşdur. Aleksandr Şarovski və Murad Yagizarov, Lyudmila Duxovnaya, Natalya Şarovskaya, Fuad Osmanov və Maksud Məmmədov, Məbut Məhərrəmov, Yuri Baliyev, Timur Rəhimov, Əsgər Rəhimov və başqa artistlər səhnə əsərinə qiymət verməyi bacaran xeyirxah tamaşaçıların diqqətini cəlb edəcək layiqli bir tamaşa hazırlamışlar.

Tamaşanın uğurunda quruluşçu-rəssam Tahir Tahirovun, geyim üzrə rəssamlar Olqa Abbasova və Anna İbrahimbəyovanın, xoreoqraf Fuad Osmanovun və musiqi tərtibatçısı Vladimir Neverovun da böyük rolu vardır.