Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

Publisistika

Seçilmiş əsərlər

19. Mədəniyyət mandatlı, çoxhədli və ya nizami haqqında düşüncələr

Maksud İbrahimbəyov xüsusi olaraq Trend Life üçün
Nə gizlədim, "1 nyus" saytında ədəbiyyatşünas Nizami Cəfərovun 15 noyabr tarixli müsahibəsində mənim şəxsimdə yalnız filoloji araşdırma obyekti gördüyünü bəyan etməsini oxuyanda düzü təəccübləndim. Filoloji araşdırma obyekti olmaq ən düşgün yazıçı üçün fərəhli bir haldır....>>>

18. Mühüm mövzu ətrafında bəzi düşüncələr

Siz məşhur altmışıncıların ən parlaq təmsilçilə-rindən birisiniz. Onlarınsa əksəriyyəti sovet ideologiyasına qarşı çıxırdı. Siz necə, müxalifətdə olmusunuzmu?
Belə demək o qədər də düzgün deyil, əzizim Lalə. O dövrdə əhalinin bütün təbəqələrindən olanların əksəriyyəti çəpik çalıb "ura" qışqırır və pərəstiş obyektlərinə sədaqət dolu nəzərlərlə baxırdılar...>>>

17. Yalan ayaq tutar, amma yeriməz

Bunlar ona görə təəccüblü görünürdü ki, Jivkovanın davranış tərzi, hadisələrə təzə mövqedən yanaşması, öz mühakimələrində sağlam düşüncəyə əsaslanması ATƏT nümayəndələrinin Bakıya əvvəlki səfərlərində gördüklərimiz və eşitdiklərimizlə kəskin təzad təşkil edirdi. Vaxt ötdükcə, bakılıların şüurunda ATƏT-in buraya göndərdiyi insanların orta bir obrazı - ömrünün çiçəklənmə dövrünü yaşayan, guya “Versace” firmasında buraxılmış, əslində isə harada istehsal edilməsi məlum olmayan pirat qalstuku taxmış, siqaret çəkməyən, daxilən antiislamist və antisemit olduğunu gizlətməyə çalışan, lakin bu cəhətləri aşkar hiss edilən, yalançı liberal-demokrat leksikasından sui-istifadə edən cazibəli gey obrazı yaranmışdır. ...>>>

16. Baltimor skunsu

Amerikanın Baltimor şəhərində yaşayan bakılı dostlarım bu yaxınlarda mənə zəng vurub xəbər verdilər ki, Baltimor qəzetlərindən birində Ramis Yunusov imzalı birisinin Azərbaycan haqqında məqaləsi dərc olunub:"Azərbaycansayağı leninizm". Bakılı dostlarım qanıqara danışırdılar. Dedilər ki, məqalə başdan-başa yalan və iftiradır, qərəzçilik ruhunda yazılıb. Onu tərcümə edib mənə göndərəcəklərini bildirdilər və "mütləq oxu" söylədilər. Doğrudan da, "Azərbaycansayağı leninizm" məqaləsini heç bir vəchlə xeyirxah niyyətli, üstəlik də həqiqəti əks etdirən yazı hesab etmək olmaz....>>>

15. Esoniyalı ikinci Andreas cıgallıq yolunda İsvecrəli birinci Andreası da ötüb keçdi...

Bu yaxınlarda AŞ PA-nın nümayəndəsi, ölkəmizə növbəti səfərə gəlmiş cənab Herkel, necə deyərlər, salamsız-kəlamsız bəyan etdi ki, Azərbaycanda söz azadlığı yoxdur, burada mətbuata daim güclü təzyiq göstərilir. Bu bəyanat təhqiramiz və əsassızdır. Görəsən necə olub ki, AŞ PA-nın səlahiyyətli nümayəndəsi bizim müstəqil suveren ölkəmizə gələn kimi burada müasir dövlətin ciddi təsisatlarından sayılan söz azadlığı və mətbuat azadlığının olmamasından dəm vurmağı özünə rəva görüb? Yaşlı insanın elementar etika normalarına riayət etməməsi, adətən, onun tərbiyəsinin naqis olmasına dəlalət edir. Amma biz bu məqalədə tərbiyə və ləyaqətli davranış problemlərini müzakirə etmək niyyətində deyilik. Ona görə də, inciməyi bir kənara qoyub, sözügedən bəyanatların konkret mahiyyətini araşdırmağa çalışaq....>>>

14. İran Qambiti

"...Xalq Cəbhəsinin liderləri birdən-birə Şimali və Cənubi Azərbaycanın vahid dövlət şəklində birləşdirilməsi planları ilə çıxış etməyə başladılar. Xalq Cəbhəsinin azərbaycanlıların məskunlaşdığı iki ərazinin birləşdirilməsi barədə bu arzusu mahiyyət etibarilə Ermənistanın Dağlıq Qarabağ barəsində iddialarından heç nə ilə fərqlənmirdi. İkrah hissi doğuran bu məntiq bizə artıq tanış idi: əgər həm burada, həm də orada ermənilər yaşayırsa, deməli bu əraziləri birləşdirmək lazımdır. Əgər həm orada, həm də burada azərbaycanlılar yaşayırsa, deməli bu əraziləri də birləşdirmək lazımdır....>>>

13. Hakimiyyət güclü olmalıdır

Kollektiv rəhbərlik kommersiya demokratiyasının əbədi dəyərlərindən, hər cür söz azadlığından və ailəvi homoseksualizmin bəxtiyarlığından bəhs edən usandırıcı kupletləri yeknəsək bir tərzdə oxuya-oxuya böhranı gözdən qaçırtmışlar. Nəticədə, Avrokolxoz simasını dəyişib, əllərində boş qazanlar apara-apara dünyanın seçmə dillərində iflasa uğramış siyasi rəhbərlərinin ünvanına küçə söyüşü yağdıran tətilçilər və işsizlərlə polisin döyüş meydanına çevrilmişdir....>>>

12. Qədim Yunan dilindən tərcümə

Diaspor (yunanca diaspora - səpələnmə deməkdir) - bizim eradan əvvəl Fələstin hüdudlarından kənarda məskunlaşmış yəhudilərin məcmusu. Müasir dillərdə diaspor dedikdə öz mənşə ölkəsindən kənarda yaşayan etnik qruplar nəzərdə tutulur.
Sovet dövründə xarici ölkələrdə səfərdə olan azərbaycanlılar oralarda qalmırdılar. Turist, işgüzar və ya elmi nümayəndə heyətlərinin tərkibində xaricə getmək xoşbəxtliyi nəsib olmuş soydaşlarımız hökmən Bakıya qayıdırdılar....>>>

11. Strasburqlu bədxah

Həmin günü Strasburqda hələ uzun zaman xatırlayacaqlar. AŞPA-dakı milli nümayəndə heyətləri üzvlərinin yarıdan çoxu bir-biri ilə mərcə girmişdi. Mübahisənin qızışması da səbəbsiz deyildi: söz gəzirdi ki, Bakıdan bir dəstə müxalifət lideri AŞPA-ya gəlib tələb edəcək ki, Azərbaycanın səlahiyyətli rəsmi nümayəndə heyəti Avropa forumunun fəaliyyətində iştirak hüququndan məhrum edilsin. Xəbər isə Andreas Qrossdan qaynaqlanmışdı....>>>

10. «Qara dul» insanlara hücum edir

Bu ilin mayında müxalifət qəzeti və mərkəzçi qəzetlərdən tutmuş iqtidaryönlülərə qədər on beş qəzet, demək olar ki, eyni vaxtda mənim «Əksinqilabi etüd» məqaləmi dərc etdi. Oxucuların reaksiyası da məhz müəllifin arzu edə biləcəyi kimi oldu. Adamlar küçədə, teatrda mənə yanaşır, telefon açaraq, məqalənin məzmunu ilə həmrəy olduqlarını bildirirdilər. Əlbəttə, oxucular, o cümlədən də özləri qələm əhli olanlar arasında elələri də vardı ki, baxışları bu və ya digər dərəcədə mənim baxışlarımdan fərqlənirdi. Bu da təbiidir. ...>>>

9. Əsas versiya

Bakının gecə həyatından səhnələr
– Bütün ölkələrin demokratları birləşin və heç vaxt, heç zaman bir-birinizdən ayrılmayın! – Raf Lənkəranski ayağını yerə vurub, öz məşhur zil səsilə qışqırdı və kabinetin pəncərəsindən bayırda eşidilən əks-səda gecə qaranlığında dəhşət içərisində donub qalmış qəbirstanlıq üzərində dalğa-dalğa yayıldı.
Sonra həmişəki kimi, mehriban dostluq şəraitində qrant-ların paylanılması işi davam etdirildi. Otağa Bakı şəhərindəki sarı mətbuatın qaymaqları toplaşmışdı. Üç qəzetin – “Vedo-mosti”, “Bakinskiye vedomosti” və “Realnı Azerbaycan” qəzetlərinin təmsilçiləri “Bütün Azərbaycanı çirkaba batırırıq” mövzusunda keçirilən diskusiyada daha fəal iştirak edirdilər. ...>>>

8. Əksinqilabı Etüd

Bizdə fəaliyyət qabiliyyətli müxalifət yoxdur. Ancaq çox istərdik ki, Azərbaycanda ağıllı, konstruktiv müxalifət mövcud olsun, onun da başında duranlar qaranlıq keçmişi olmayan abırlı, maraqlı adamlar olsunlar. İqtidar nümayəndələri ilə dolğun siyasi dialoq aparmağa qadir olan erudisiyalı liderlər olsunlar. Elə adamlar ki, onlar təkcə öz karyerası və şəxsi mənafeləri üçün deyil, dövlət problemləri üçün də can yandırsınlar. Bu, ölkə üçün çox faydalı olardı, çünki düzgün qərar çox vaxt adətən ağıllı, məzmunlu polemika nəticəsində yaranır. Bəlkə belələri var? Bəlkə müxalifət cərgəsindəki bəzi kol-koslar ictimaiyyətdən Çörçill, yaxud de Qoll kimi gələcək liderləri, ya da bədəbəddə lap Çe Gevaranı və Suxe Batoru gizlədir? Xeyr, gizlətmir. Əsas kolların arxasında heç kəs yoxdur, elə ehtiyat kolların da arxası boşdur. ...>>>

7. Polkovnik Yunus hərb yolunu tutur

Cox maraqlı vəziyyət yaranıb. Elə ki, qəzetdə bir yazım dərc olunur, o dəqiqə bəzi başqa nəşrlərdə həmin məqaləmə dərhal spesifik rəylər çıxmağa başlayır. Təbii ki, oxucu mənə etiraz eləyə bilər və deyər ki, bəs söz azadlığı nə üçündür, polemikadır da. Yaxşı anlayıram, amma mən tamam başqa şeyi nəzərdə tutduğumdan həmin yazıları bəri başdan spesifik adlandırdım. Görün nə baş verir. ...>>>

6. Qurd-Quş bizi qorxutmur

Bir neçə il bundan əvvəl planetin bütün televiziya kanalları Ermənistan parlamentində bir qrup yaraqlının törətdiyi terror aktını göstərdi. Şübhəsiz, bu, dünya təcrübəsində görünməmiş terror aktı idi. Bir neçə silahlı adam mühafizə olunan parlament binasına soxularaq ümumi iclasın onlarca iştirakçısının gözü qarşısında parlamentin rəhbərlərini avtomat silahla güllələdi. Görünür, açıq-aşkar "təsadüfən" məhz qarşıdakı prezident seçkilərində real və əsas namizədləri güllələdilər....>>>

5. Norveç səfirinin bəyanatı ilə bağlı bir neçə qeyd

Möhtərəm cənab Gil!
Əfsuslar olsun ki, gündəlik həyatda bəzən olduqca xoşagəlməz situasiyalar yaranır və hətta tənbəl adam belə, ona munasibət bildirməyə borcludur. Bu il oktyabrın 23-də mən də öz evimdə belə bir xoşagəlməz vəziyyətə düşdüm; səbəb isə hörmət bəslədiyim «Zerkalo» qəzetinin səhifələrində 16 okt-yabr hadisələri və onların ətrafında cərəyan edən olaylarla bağlı sizin bəzi mülahizələrinizlə tanış olmağım idi. Məsələn, söyləyirsiniz ki, (sitat): «Parlament kimi mə-sul bir orqan bir sıra partiyaların qadağan edilməsi kimi son dərəcə qeyri-konstruktiv təkliflə çıxış etmişdir»....>>>

4. Çəyirtkə mövsümü

OLMUŞ ƏHVALATLARLA REAL ADAMLARIN VƏ QEYRİ ADAMLARIN DAVRANIŞININ QARŞILIQLI MÜNASİBƏTLƏRİ NƏTİCƏSİNDƏ YARANMIŞ FANTASMAQORİYA
Həmin axşam – 1992-ci ilin soyuq noyabr axşamları-nın birində mən öz bağımda idim və köhnə dostum, şəhərdə mənimlə qonşu olan Seymur Məmmədovu gözləyirdim. Söz vermişdi ki, Bilgəhdəki bağından şəhərə dönəndə məni də götürəcək. O vaxtlar hamı bərk dilxor idi: Azərbaycana bir yandan ermənilər hücuma keçmişdi, bir yandan da Xəzər. Ermənilər amansızlıqla şəhərləri dağıdır, kəndləri oda qalayır, qadınlara, uşaqlara rəhm etmirdilər....>>>

3. Təki daxildən ziyan vurmasınlar

İndi hər yerdə vətənpərvərlik hissələrinin coşması müşahidə olunur. Bu, çox yaxşıdır. Hamı işğal olunmuş torpaqlarımızın qaytarılmasını istəyir. Çoxları bu xeyirxah məqsəd üçün öz arzularını bildirir, plan və üsullarını təklif edir: sırf sülh vasitələrindən tutmuş, ta hərbi qüvvə tətbiqini nəzərdə tutan ən radikal tədbirlərədək saysız-hesabsız təkliflər irəli sürülür. Bütün çıxışlar rəngbərəng bir mozaika yaradır ki, bu mənzərə də bizim hamımızın Dağlıq Qarabağı və ona bitişik olan işğal edilmiş əraziləri qaytarmaq əzmində olduğu-muzu son dərəcə inandırıcı şəkildə əks etdirir....>>>

2. Düşünməyə dəyər

Başa çatmaqda olan iyirminci yüzildə Azərbaycan öz tarixi inkişaf yolunu iki dəfə çox sərt surətdə dəyişməli olmuşdur; özü də nə az, nə çox – birdən birə 180 dərəcə. Bu dönüşlərin nə kimi çətinliklərlə, hansı mürəkkəb hadisələrlə müşayiət olunması tarix dərsliklərindən bəllidir, lakin bir məsələni xüsusilə diqqətə çatdırmaq istərdim ki, bir-birinə daban-dabana zidd olan bu iki tarixi dönüş nəticəsində millətimizin elitası, ən seçmə adamları tamamilə məhv edilmişdir. Və bu da məlum bir həqiqətdir ki, dünyada heç bir ölkə elitasız nəinki inkişaf edə bilməz, heç uzun müddət mövcud ola bilməz. Təbii olaraq belə bir sual ortaya çıxır: məgər bu bəla yalnız Azərbaycanınmı başına gəlmişdir? Bəs o biri dövlətlər?...>>>

1. Sabah gec olacaq

Təssüf ki, bu günədək hamını həyəcanlandıran belə bir suala ağlabatan cavab verilməmişdir: bütün ölkəni sarsıdan, mübaliğəsiz, yenidənqurmanı və dövlətin əmin-amanlığını təhlükə altına qoyan millətçilik kükrəyişinin səbəbi nədir? Ultranasionalizmin, yaxud təcavüzkar «vətənpərvərliyin» (kim necə istəyir, elə də desin) hamı üçün gözlənilməz dalğaları artıq onlarca günahsız adamın qanına bais olmuşdur. Əgər bu gün rəhbərlik bundan sonra da qədim Roma sirkinin rəhmdil tamaşaçısı mövqeyindən əl çəkməsə, onda, demək, biz uzun dəfnlər cərgəsinin lap başlanğıcında dayanmışıq....>>>