Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

Nəsrlər

Seçilmiş əsərlər

6. Ondan yaxşı qardaş yox idi

İkimərtəbəli ağ hamam binasının yastı damına qoyulan tünd rəng çəkilmiş qazanlar şəhərin bu uzaq rayonunda hansı səmtdən baxsan yaxşı görünürdü. Bu qazanların yeknəsəq uğultusu gecə də, gündüz də ətraf məhəllələrə yayılır, hətta xəzri qopanda da həyətlərin hamısında eşidilirdi...>>>

5. Yaxşılıqların əvəzində ölüm

Bu andıra qalmış arxa çantası olmasaydı, hər şey lap yaxşı olardı. Yaxşı da sözdü? Hər şey dərhal gözəlləşər, hətta, mən deyərdim, füsunkar və maraqlı olardı. Bir yandan da bu isti. Hava da elə bil od tutub yanır....>>>

4. Yazılmayan məktublar

Birinci fəsil
Hamı susurdu. Bəs nə eləsinlər? Əməlli-başlı dincəlmək üçün insana ancaq sakitlik lazımdır. Ara qapısının o üzündən gələn uğultu – kondisionerin hərdən xışıltıya, mışıltıya, bəzən də az qala marçıltıya dönən səsi olmasaydı, mən deyərdim ki, bizim dincəldiyimiz bu otaqda “qu” deyəndə qulaq batırdı....>>>

3. Bayquş gəlmişdi

İndi də dimdiyini şaqqıldadır şoğərib! Belə də şey olar? Adamın ödü ağzına gəlir. Bayaq elə uladı ki, yuxudan dik atıldım, vahimədən tüklərim biz-biz oldu, indi də dimdiyini şaqqıldadır! Hasarın dalındakı əncirə qonub, amma elə bil evin içindədir....>>>

2. Kərgədan buynuzu

Personajların tanıdığınız real adamlarla hər hansı bir oxşarlığı tamamilə təsadüfidir. Müəllif Baharın gəlişi özünü göstərirdi. Bərbərxanada qadınlardan danışırdılar. – Qadın ki, dedin ey, birinci onun yerişidir, – deyə cavan dəllək Avtandil müştərisinin üzünü cəld hərəkətlərlə masaj eləyə-eləyə öz fikrini qonşusu Ağasəfaya qəti bildirdi; Ağasəfa bu vaxt köhnə müştərisi Raufun üzünü qırxırdı....>>>

1. Dənizdə qasirğa

BİRİNCİ KİTAB
Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub. Təkcə sahilin lap yaxınlığındakı təpənin üstündə xudmani bir evin pəncərəsindən işıq gəlir. İyirmi yeddi yaşlı neft kimyaçısı Kamil Məmmədəliyev köhnə “Reminqton”unda nə isə çap edir; hərdənbir ara verərək, lazımi kimyəvi formulaları makina mətninə əllə yazır. İşini qurtarıb ayağa qalxır, otaqdan, sonra da evdən çıxır....>>>