Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

İnternetdən

5. "Ülyahəzrətin Rols-Roysu" – Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının premyerası

2009-cu il may ayının 30-u və 31-də – son istirahət günlərində Səməd Vurğun adına Rus Dram Teatrı Xalq yazıçısı Maksud İbrahimbəyovun maraqlı adı olan “Ülyahəzrətin Rols-Roysu” pyesi əsasında hazırladığı yeni tamaşanın premyerasını tamaşaçıların mühakiməsinə vermişdir. İctimai-siyasi mövzuda yazılmış...>>>

4. Komplimentlər demək zamanı

Çox adam elə guman edir ki, beyin insanın qafasındadır. Bu qətiyyən belə deyil. Onu külək Xəzər dənizi tərəfdən gətirir.
Nikolay Vasilyeviç Qoqol


Indi çoxları bu fikirdədir ki, problemi müharibə yolu ilə həll etməkdən savayı, Azərbaycanın başqa bir layiqli çıxış yolu qalmayıb. Bu yaxınlarda Azərbaycanın müda-fiə naziri söylədi ki, ordu işğal edilmiş rayonların azad olun-ması əməliyyatını uğurla keçirməyə hazırdır. Siz bu barədə nə düşünürsünüz?...>>>

3. Ən yeni tarixin xronikası

Əlinizdəki toplu yüz faiz publisistik hit nümunəsidir. İstər müəllifin dərhal maraq oyadan imzası, istər sui-qəsdlər və qətllər haqqında kəskin süjetli detektiv əhvalatlar, istər bol-bol lirik ricətlər, istərsə də maraqlı personajlar – bunların hamısı var və üstəlik də hər şey faktlara söykənir: dəqiq soyadlar, coğrafi məntəqə, təşkilat adları və i.a.
Məşhur yazıçı, dramaturq və mütəfəkkir, hər şeydən öncə, psixoloji romanları və düşündürücü tragikomediyaları ilə məşhur olan Maqsud İbrahimbəyov həm də publisistik nəsrin klassikidir....>>>

2. Pəncərələri Avropa prospektinə açılan ev

2000-ci ilin sentyabrında mənə verdiyiniz müsahibədə Siz Azərbaycanın Avropa Şurasına daxil olması ilə bağlı yetərincə mürəkkəb duruma baxmayaraq, belə bir qəti inam ifadə etmişdiniz ki, Azərbaycan mütləq qəbul olunacaqdır. Bəs bu gün - Azərbaycanın Avropa Şurasına daxil olması faktı gerçəkləşdikdən sonra nə deyə bilərsiniz?
- Nə deyə bilərəm ki? Bayramdır. ...>>>

1. Biri var idi, biri yox idi

Yəqin ki, pyeslər haqqında da insanlar haqqında danışdığımız kimi danışmalıyıq – onların arasında oxşarlıq çoxdur. Hər ikisi hisslərdən daha çox da – sözlərdən, vərdişlərdən və öyüd-nəsihət verməkdən, başqasının başına ağıl qoymaqdan ibarətdir. Biz oxucular isə bizə nə isə yeni bir şey deyən, bizi narahat edən problemlərə toxunan, qapandığımız aləmdən bizi qoparıb başqa nəticələrə gətirib gətirib çıxaranları sevirik. O kəsləri ki, şəxsi taleyiimzə bir işıq salır, dünyanı başqa çür dərk etməyin mümkünlüyünü bizə göstərir....>>>