Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

Maqsud İbrahimbəyov

MAQSUD İBRAHİMBƏYOV


Xalq yazıçısı, 1935 - ci il may ayının 11- də Bakıda anadan olmuşdur. Atası - Məmməd İbrahim İbrahimbəyov (1898 - 1973), anası - Fatma Ələkbər qızı Məşədibəyova (1915 - 1977). Arvadı - Anna Yuryevna İbrahimbəyova 1947 - ci ildə anadan olmuşdur. Oğlu - Murad Maksud oğlu İbrahimbəyov (1965) kinorejissordur.

M. İbrahimbəyovun ögey qardaşı və bacısı: Rüstəm İbrahimbəyov (1939) və Sevda İbrahimbəyova (1942 - 1957).

Təhsili:

Maksud İbrahimbəyov Bakıda Azərbaycan Dövlət Politexniki institutunun inşaat fakultəsini (1955 - 1960), Moskvada Ali ssenari kurslarını (1962 - 1964) və Ali rejissor kurslarını (1971 - 1973) bitirmişdir.

Xidməti və ictimai fəaliyyəti:

Azərbaycan Respublikası Əsilzadələr Məclisinin başçısı, Azərbaycan Respublikası Sülh Komitəsinin sədri, «Azərbaycan - Rusiya» cəmiyyətinin prezidenti. Sülh məramlı səfir. 1985 - 2010 - cu ildə Azərbaycan Respublikası parlementinin deputatı olub. Luiziana (ABŞ) ştatının fəxri senatorudur.

Təltifləri:

Ordenləri - Qırmızı Əmək Bayrağı (SSRİ), Şöhrət (Azərbaycan), İstiqlal (Azərbaycan), Dostluq (Rusiya), Roma papasının, "Şöhrət və Şərəf" ordeni (Rusiya).

Nəsr əsərləri:

Dünyanın və Azərbaycanın müxtəlif jurnallarında romanları, povestləri və hekayələri dərc olunmuşdur. O cümlədən: «Azərbaycan» «Drujba narodov», «Novıy mir», «Yunost», «Roman - qazeta», «Literaturnı Azerbaydjan» və başqalarında. Bu əsərlər sırasında: «Bütün yaxşılıqlara görə ölüm», «Truskavetsə kim gedəcək», «Ondan yaxşı qardaş yox idi», «Qoy o bizimlə qalsın», «Bayquş gəldi», «Kərgədan buynuzu», «Axırı yaxşı qurtaran əhvalat» və başqalarını qeyd etmək olar. M.İbrahimbəyovun nəsr əsərləri 26 xarici dilə tərcümə olunmuşdur.

Teatr:

Pyesləri - «Mezazoy əhvalatı» (1975), «Bütün yaxşılıqlara görə ölüm» (1978), «Kərgədan buynuzu» (1993), «Müdrik Sfinks gülümsəyir» (2001), «Final restoranı» (2006). «Ülyahəzrətin rolls - roysu» və başqaları. Bu pyeslər müxtəlif illərdə tanınmış səhnə xadimlərinin quruluşunda və ifasında oynanılmışdır. Onların sırasında Boris Ravenskixin (Moskva Malıy dramatiçeski teatrı), Zinoviy Karaqodskinin (Leninqrad Gənc tamaşaçılar teatrı), Tofiq Kazımovun (Azərbaycan Milli dram teatrı), Aleksandr Şarovskinin (Bakı Rus dram teatrı) və başqalarının adlarıı çəkmək olar.

Kino:

M.İbrahimbəyovun ssenariləri əsasında müxtəlif ölkələrdə 18 bədii və 7sənədli film çəkilmişdir. Onlardan «Bizim Cəbiş müəllim», «Uşaqlığın son gecəsi», «Yarımçıq qalmış serenada», «Truskavetsə kim gedəcək?», «Gözəl bir gündə» («V odin prekrasnıy den»), «Sonunucu intervü», «Bayquş gəldi», «Qızıl reys», «Axırı yaxşı qurtaran əhvalat», «Bakı müharibə illərində» filmləri ölkə kinematoqrafiyasının qızıl fonduna daxil olub.

Maraq dairəsi:

Bağçılıq, qədimi silahlar.